İstanbuldan Nyu-Yorka 1 saata
6 Noyabr 2010 06:24
"Hipersonik" adlandırılacaq təyyarə saatda 8 643 km uça biləcək. "Hipersonik"in 3 il ərzində hazırlanması planlaşdırılır.
Qeyd edək ki, NASA-nın bu istiqamətdə hazırladığı texnologiyaları yaxından təqib edən "Boeing" ve "Lockheed Martin" şirkəti də sürətli sərnişin təyyarəsi hazırlamaq üçün hazırlıqlara başlayıb. Sərnişinlərin daha sürətli təyyarələrdə uçmaq istədiyini bildirən mütəxəssislər səssiz mühərrik və yeni nəsil texnologiyaları ilə hava səyahətləri müddətinin azalacağını bildirirlər.
Xatırladaq ki, NASA bu istiqamətdə fəaliyyətə daha əvvəl Marsa gedəcək kosmik gəmi üçün başlamışdı. Daha əvvəl "X-43A" adlı təcrübə təyyarəsi ilə 11 854 km sürət əldə edən NASA mühəndisləri yeni təyyarədə də oxşar texnikadan istifadə edəcək.
/ANS-PRESS/