Dırnaqlarınız qırılır? Çarə var

23 Mart 2014 11:47
Əgər sizin də dırnaqlarınız tez-tez qırılırsa, onda bu tövsiyələrə riayət edin. Milli.Az modern.az-a istinadən həmin vasitələri sizə təqdim edir.

Zeytun yağı və limon suyu

1 çay qaşığı zeytun yağı və 1-2 damcı limonu qarışdırıb həftədə 2 dəfə dırnaqlarınıza sürtün. Gecə yatmamışdan qabaq bu qarışığı masaj edə-edə dırnaqlarınıza sürtün və əlcək taxıb yatın. Səhəri gün dırnaqlarınızı ilıq suyla durulayın.

Çayağacı yağı - E vitamini qarışığı

1 çay qaşığı çay ağacı yağı və 2-3 damcı E vitaminini qarışdırıb dırnaqlarınıza sürtün. Bu qarışıq təkcə dırnaqlarınızı gücləndirməklə qalmayacaq, eyni zamanda onu göbələk və infeksiyalardan da qoruyacaq.

Dəniz duzu

2 qaşıq dəniz duzuna 2 damcı limon suyu, 2 damcı sarı saqqız və 2 damcı buğda toxumu yağı qarışdırın. Bu qarışığı içi isti su ilə dolu dərin qaba əlavə edib əllərinizi 10-15 dəqiqə həmin suyun içində saxlayın. Bunu həftədə 2 dəfə təkrar edin.

Vitamin E (gecə müalicəsi)

1-2 damcı E vitamini yağını dırnaqlarınıza sürtüb əlcək taxaraq yatın. Problemin ən sürətli həlli yollarından biri olduğunu özünüz görəcəksiniz.

Pivə - zeytun yağı - alma sirkəsi qarışığı

1/4 fincan zeytunyağını isidib eyni miqdardakı alma sirkəsi və yarım fincan pivə ilə qarışdırın. Dırnaqlarınızı 15 dəqiqə bu qarışığın içində saxlayın. 

Milli.Az