Mətbəx sirləri: "Cənub gecəsi" tortu - FOTO

26 Mart 2014 07:00
Milli.Az "Cənub gecəsi" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

70 q kakao
300 q blinçik üçün un
12 q soda
10 q qabartma tozu
2 yumurta
200 q vanilli şəkər tozu
250 q kərə yağı
15 ml sirkə
200 ml süd
100 ml qatılaşdırılmış süd

Bir qabda un, kakao, qabartma tozu və sodanı qarışdırın.

Digər qabda yumşaldılmış yağı şəkər tozuyla çalın, sonra bir-bir yumurtaları əlavə edərək çalın.

1 st. südə 1 x.q. sirkə qarışdırın.

Hər üç qabdakını bir yerdə qarışdırın: un, çalınmış yumurtalar və sirkəli süd.

Alınan şokoladlı xəmiri içinə perqament döşənmiş və qırağı yağlanmış kənarları açılan formaya tökün. 

200 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Krem: yarım paçka kərə yağı ilə yarım banka qatılaşdırılmış südü çalın.

Biskviti iki yerə bölüb arasına və üstünə krem çəkin.

Nuş olsun!

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.