Messi Türkiyəyə gəlir?

22 Mart 2014 14:05

Ağ-qara klubun rəhbərliyi yeni stadionun açılışında iştirak etmək üçün dünyanın ən tanınmış simaları ilə danışılar aparır

Rihanna Messi Beşiktaşa gələ bilər. Milli.Az anspress-ə istinadən xəbər verir ki, avqust ayının sonunda "Vodafone Arena"dakı ilk matçına çıxmağa hazırlaşan "Beşiktaş"da rəhbərlik tarixə keçəcək matç üçün dünya nəhəngləri ilə təmas qurur.

Ağ-qaraların yeni stadionunun açılışında İstanbula gətirmək üçün "Barselona", "Bayern Münhen", "M.Yunayted" və "Real Madrid" kimi nəhənglərlə müzakirələr aparıldığı bildirilir. Xüsusilə "Barselona"nın Türkiyə Hava Yolları vasitəsilə ediləcək təklifə müsbət baxa biləcəyi, klubun xərclərinin bir qisminin də THY tərəfindən qarşılanmasının gündəmdə olduğu qeyd edilir.

"Beşiktaş"ın "Vodafone Arena"nın açılışını daha rəngli hala gətirmək üçün matçdan əvvəl də dünya ulduzlarından birini səhnəyə çıxarmaq planlaşdırılır. Bu adın daha əvvəl Türkiyədə konsert verməyi planlaşdırılan, lakin sonradan konserti təxirə salınan 26 yaşındakı Rihanna olacağı ehtimal olunur.

Milli.Az