NASA-nın araşdırmalarına görə, 50 il ərzində dünya sivilizasiyası yoxa çıxacaq. Milli.Az anspress-ə istinadən xəbər verir ki, bunun səbəblərini açıqlayan NASA rəsmiləri ilk səbəb kimi dünyada gəlir paylaşımındakı ədalətsizliyi göstərib. Təbii sərvətlərin sürətlə yoxa çıxığını deyən NASA rəsmiləri bunların yeniləri ilə əvəzlənmədiyini bildirib:"Sivilizasiya yaratdığı sistemin əbədi olduğunu düşünür və inamlı addımlarla çöküşə doğru irəliləyir"