"Bozbaş Pictures"də ağır itki baş verdi - FOTOSESSİYA
22 Mart 2014 09:45
Milli.Az xəbər verir ki, bu gün "Bozbaş Pictures"in çox maraqlı efiri olacaq. Xaçmazda baş tutan çəkilişlərdə "Bozbaş Pictures"in baş qəhrəmanlarından olan Şöşünün (Ramil Babayev) yas mərasimi baş tutacaq. Xalası oğlunun itkisi ilə barışa bilməyən Şəmi (İlkin Həsəni) Şöşüsüz qala biləcəkmi? Şöşünün sonuncu arzusunu həyata keçirən Şəmi yas mərasiminə müğənni Elçin Hüseynovu dəvət edib. Fəlakət (Elşən Orucov), Ağsaqqal (Azər Baxşəliyev), Şirin (Nicat Rəhimov) yas mərasimində hansı oyunları çıxaracaq bunu bu axşam 21:40-da ATV kanalında biləcəksiz.
"Bozbaş Pictures"in informasiya dəstəyi Milli.Az-a məxsusdur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.









