Mətbəx sirləri: Kivili "Rafaello"

22 Mart 2014 07:00
Milli.Az kivili desertin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

150 q kokos yonqarı
3 kivi
3 x.q. bal

üzərinə:
kokos yonqarı

Kivilərin qabığını soyub iki bölün, blenderə qoyub bal və kokos yonqarı əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Alınan kütlədən qoz boyda kürəciklər düzəldin. Kokos yonqarına batırın.

Süfrəyə verməzdən əvvəl bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!

Resept və foto: vk.com/academy_main

Milli.Az