Hüseyn Dəryanın ölümü ilə bağlı şok iddia - VİDEO

21 Mart 2014 20:48
"Mən Hüseyn Dəryanın son səsini eşitdim. O, ölməmişdi".

Milli.Az xəbər verir ki, bu iddia ilə "xeber.info"nun əməkdaşı Fəxrəddin Sadıqzadə çıxış edib. O, Hüseynin ölmədiyini, morqdan çıxarılarkən zarıltısını eşitdiyini iddia edir. "Hüseyn Dəryanın morqdan çıxarılan vaxt mən orda idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyan zaman bir xırıltı səsi eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım da bu, Hüseynin səsidir dedi".

Həmin videonu təqdim edirəm. Həmin görüntüdə 27-ci saniyədə "əəə" xırıltılı səs gəlir və 32-ci saniyədə Sona xanımda bunu təsdiq edir.

Milli.Az