Çində bağçada kütləvi zəhərlənmə: 2 uşaq öldü

21 Mart 2014 13:11
Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində uşaq bağçasında kütləvi zəhərlənmə baş verib. Anspress yazır ki, zəhərlənmə nəticəsində 2 uşaq ölüb, 30 uşaq da xəstəxanaya yerləşdirilib.

Çin televiziyasının məlumatına görə, hadisə yerli bağçalardan birində qeydə alınıb. Bağçaya gələn müstəntiqlərin ilkin ehtimalına görə, uşaqlar siçan zəhərindən zəhərləniblər.

Lakin onun uşaqların yeməyinə necə düşdüyü araşdırmadan sonra məlum olacaq.

Milli.Az