Mətbəx sirləri: "Çarıq" - FOTO

21 Mart 2014 07:00
Milli.Az almalı-qozlu "Çarıq" peçenyelərinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

100 q kərə yağı
50 ml süd
4 x.q. şəkər tozu
2-2,5 st. un
1/4  ç.q. soda
1 alma
1 ç.q. darçın
3 x.q. qoz

Yumşaldılmış kərə yağını 2 x.q. şəkər tozu ilə çalın. 



Yumurta və sirkədə söndürülmüş soda əlavə edin. Qarışdırıb süd, ələnmiş un əlavə edin. yumşaq xəmir yoğurun. Yarım saat soyuducuda saxlayın.



Almanın qabığını soyun, cecəsini çıxarın, xırda doğrayın. Suda yumşalınca bişirin. Xırdalanmış qoz, darçın, 2 x.q. şəkər tozu əlavə edin.



Xəmiri nazık, dördbucaqlı formada yayın. 10-12 sm tərəfli kvadratlara bölün.



Hər kvadratı diaqonal boyu kəsin. Ortasında şəkildə gördüyünüz kimi kəsiklər edin.



Ortasına bir qədər iç qoyun, xəmirin kənarlarını bir-birinin üstünə qatlayın.



180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.



Hazır peçenyeləri soyudun, üzərinə şəkər pudrası səpin.



Nuş olsun!

Resept və foto: vk.com/academy_main

Milli.Az