Sinoptiklərdən əhaliyə xəbərdarlıq

18 Mart 2014 11:37

Azərbaycanın əksər rayonlarında, o cümlədən paytaxt Bakıda yaxın 2-3 gündə küləkli hava şəraiti davam edəcək

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva deyib ki, ölkə ərazisində güclü küləyin olacağı barədə ilkin xəbərdarlıq martın 15-də edilmişdi və bu barədə müvafiq strukturlar məlumatlandırılmışdı.

Onun sözlərinə görə, martın 18-nə keçən gecə Bakı və Abşeron yarımadasında küləyin maksimal surəti saniyədə 28-30 metr olub: "Yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında və ölkənin bəzi ərazilərində şimal və cənub küləkləri bir-birini əvəz edəcək, aradabir güclənəcək".

Qeyd edək ki, martın 17-si günorta saatlarından başlayaraq Azərbaycan ərazisində kiçik qasırğa ilə müşahidə olunan güclü külək başlayıb. Bəzi yerlərdə elektrik enerjisində fasilələr yaranıb. Ağaclar, işıq dirəkləri aşıb.

Milli.Az