General Motors 1.5 milyon avtomobili geri çağırır

18 Mart 2014 10:32
Milli.Az Modern.az saytına istinadən xəbər verir ki, ABŞ-ın avtomobil nəhəngi General Motors 2008 və 2014-cü illər arasında istehsal olunmuş 1.5 milyon avtomobili 3 səhv səbəbilə geri çağırma qərarı aldı.

General Motors şirkətindən verilən məlumata görə, 2008-2013-cü illər arasında istehsal olunmuş 1.18 milyon Buick və GMC Acadia, 2009-2013-cü illərə aid olan Chervolet Traverse və 2008-2010-cu illərin Saturn Outlook-unda hava yastığı sistemində problemlər qeydə alındığına görə geri çağırılan avtomobillər siyahısına daxil edildiyi bildirildi.

Eyni zamanda geri çağırılan avtomobillər içində Chevrolet Express GMC Savannah və Cadillac XTS modelləri də mövcuddur.

General Motors bu geri çağırmaların şirkətə 300 milyon dollara yaxın maddi zərər vurduğunu bildirmişdir.

Qeyd edək ki, GM 2014-cü ilin əvvəlində də alışma probleminə görə 1.6 milyon avtomobili geri çağırmışdı.

Milli.Az