Azərbaycanda tətbiq olunan saat qurşağının və mart ayının son həftəsində yay vaxtına keçilməsinin insanların həyatına təsiri barədə araşdırma aparan ekspert Ceyhun Məmmədov Trend-ə bildirib ki, hazırda Azərbaycan ərazisində qış aylarında GMT+4, yay aylarında isə GMT+5 saat qurşağı tətbiq olunur. Bu hal 1957-ci ildə Azərbaycan ərazisində "dekret vaxtı"nın tətbiqi, yəni saatların bir saat irəli çəkilməsi, bunun ardınca isə 1981-ci ildə yay vaxtının tətbiq edilməsi nəticəsində yaranıb.Azərbaycanda tətbiq edilən vaxtın dəyişdirilərək Qrinviçdən 3 saat irəlidə olması, bununla bağlı hətta ayrıca qanunun qəbul olunması təklif edilir