Böyük qalmaqal: milyarderin xanımı və baş nazir... - FOTO

17 Mart 2014 13:44

Dünyanın ən zəngin iş adamlarından biri, "News Corp"un sahibi, mediamaqnat Rupert Merdokun boşadığı xanımı Vendi Denq və Britaniyanın sabiq baş naziri Toni Blerlə bağlı qalmaqallı fotolar yayılıb.


82 yaşlı R.Merdokun 46 yaşlı xanımının Toni Blerlə aşiq-məşuq olmaları barədə iddialara dəstək olan bu fotolar 2008-ci ildə, Vendi Denqin 40 yaşının tamam olmasına həsr edilmiş ziyafətdə çəkilmişdi.


Milli.Az bildirir ki, fotoları Daily Mail yayıb.


Fotolarda Benq və Bler yanaşı oturaraq çox səmimi şəkildə danşırlar. Gülən, əylənən Vendi əri Rupert Merdok yaxınlaşan kimi ciddiləşir və susur. O, Toni Blerlə rəsmi şəkildə davranmağa başlayır.


Əslən çinli olan Vendi Denq 1999-cu ildə, 30 yaşı olanda 68 yaşlı Ruper Merdoka ərə getmişdi.


Onlar ötən il boşanıblar.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.