Sizlər üçün ən faydalı qidalar - FOTO

17 Mart 2014 13:56

Modern.az saytı olaraq sizə insan orqanizminə lazım olan ən faydalı qidaları təqdim edirikə

Moruq qanartırıcı olmaqla bərabər, eyni zamanda qanı təmizləyir və bədəndə toplanan zəhərli maddələri bədəndən xaric edir. Moruq həm də insanı tərlədir və idrara yardımçı olur. Qəbizliyin aradan qaldırılmasında da moruq əvəzsiz rol oynayır və bədənə dinclik verir.



Sarımsaq istər çiy halda, istərsə də yağı mikroorqanizmlər üzərində antibiotik təsirə malikdir. O, antiviral, antiprotozon, antiparazit və antibakterial xüsusiyyətlərə malikdir. Bununla yanaşı, sarımsağın antiseptik funksiyası qrip, soyuqdəymə, səs batıqlığı, astma kimi xəstəliklərə, badamcıq vəzi, revmatizm və oynaq infeksiyalarına, öskürək və bronxitə çox faydası olduğu bildirilir. İnsan orqanizmində tərlətmə yaratdığına görə qızdırma salıcı təsirə də malikdir.



Qızıl balıq omeqa-3 turşularının mükəmməl deposudur. Araşdırmalara görə, qızıl balığın mütəmadi istifadəsinin ürək xəstəlikləri riskini xeyli azaltdığı isbat olunmuşdur. Qadınlar üzərində aparılan bir araşdırmada ayda bir dəfə balıq yeyənlərlə 1-3 dəfə yeyənlər arasında müqayisə aparılmışdır. Araşdırmanın nəticəsinə görə, balıq xroniki ürək xəstəlikləri riskini 21% azaldır. Bu göstərici həftədə bir dəfə balıq yeyənlərdə 29, 2-4 dəfə yeyənlərdə 31, həftədə 5 və daha çox balıq yeyənlərdə isə 34% təşkil etmişdir.



Brokkoli yüksək miqdarda pəhriz lifi və tərkibində bir çox vitaminlər olan qida mənbəyidir. Eyni zamanda, görünüşü də miniatur bir ağacı xatırladır.



Pomidorun faydası birdən çoxdur. Pomidor xolesterolu tarazlıqda saxlayır, qan təzyiqini aşağı salır, yaşlanmağa qarşı mübarizə aparır, dərinizi mühafizə edir və nə qədər qəribə olsa da, insanı sakitləşdirərək daha sağlam düşünməsini tənzimləyir.



Bəzi qaynaqlar limonun flavoroid birləşmələrindən ibarət olduğunu bildirirlər. Bu birləşmələr antioksidant və anti-xərçəng təchizatına sahibdirlər. Onlar xərçəng hüceyrələrinin artmasının qarşını alır. Tərkibində külli miqdarda C vitamini olduğuna görə türkəçarələrdə daha çox rast gəlmək mümkündür.



Milli.Az