Sizə daha da yaxın olduq

6 Aprel 2014 11:00
Milli.Az-ın daimi oxucularına xoş xəbərimiz var. Ölkənin və dünyanın gündəmini bizim saytda öyrənən insanlar üçün daha bir imkan yaradıldı. Artıq Milli.Az "Google Plus" sosial şəbəkəsində də var. Google istifadəçiləri artıq Milli.Az-ın "Google Plus"-dakı səhifəsinə abunə olaraq, ən son yeniliklər barədə şəbəkədə də məlumat ala bilərlər.

Saytımızın "Google Plus"-dakı səhifəsinə bu keçid vasitəsi ilə daxil olun, "Follow" (izlə) düyməsini sıxın. Bundan sonra Milli.Az-ın ən maraqlı xəbərləri sizin sosial şəbəkədəki profilinizə gələcək.

Milli.Az-ın bundan əvvəl Facebook sosial şəbəkəsində və Twitter mikrobloqunda profilləri yaradılıb. Bizi Facebook-da izləyənlərin sayı artıq 90 minə yaxınlaşır. Saytın Twitter isləyiciləri isə 2500 nəfərdən çoxdur.

Bizimlə olun, ölkə və dünya gündəmindən xəbərsiz qalmayın.

Milli.Az