Hüseyn Dərya dəfn olundu - YENİLƏNİB - VİDEO - FOTO

16 Mart 2014 18:10
14:44

Martın 15-də dünyasını dəyişmiş tanınmış reper Hüseyn Dərya bu gün torpağa tapşırılıb.
 
APA-nın xəbərinə görə, H. Dərya Bakıxanov qəsəbəsindəki qəbristanlıqda dəfn edilib.
 
Onunla vida mərasimi Yasamalda H. Dəryanın bacısının evində keçirilib. Vida mərasiminə H. Dəryanın yaxınları, ailə üzvləri ilə yanaşı sənət dostları və həmkarları da qatılıblar. H. Dərya ilə uzun illər aralarında münaqişə olan Anar Nağılbaz da mərasimə qatılıb.
 
Qeyd edək ki, H. Dərya bu il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb.
 
Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında o dünyasını dəyişib. 


---------
14:14

Dünən dünyasını dəyişən Azərbaycanın məşhur repçisi Hüseyn Dəryanın cənazəsi artıq dəfn olunmaq üçün yerdən qaldırılıb. Anspress-in məlumatına görə, sənətçi Razin qəbristanlığında dəfn ediləcək.

Aeroport yolunda "OPEL" markalı avtomobillə "KamAZ" markalı yük maşının toqquşması ilə nəticələnən qəzada həyatını itirən Hüseyn Dərya bu dəqiqələrdə dəfn olunmaq üçün qəbristanlğa götürülür.

Məşhur repçinin dəfn mərasimində izdiham yaşanır. Doğmaları, sənət yoldaşları ilə yanaşı, repçinin fanatları da dəfn mərasiminə qatılıblar.

Martın 15-də gecə saatlarında qəza nəticəsində ağır xəsarət alan Hüseyn Dərya 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilsə də, həkimlər onu həyata qaytara bilməmişdilər. Repçi əməliyyat masasında dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

---------
13:12

"Qafqazinfo" yazır ki, Hüseyn Dəryanın dostu Süleyman açıqlamasında bildirb ki, mərhumun qanından analiz edilib və qanda narkotik maddə aşkarlanmayıb.

---------
12:36

Keçirdiyi avtomobil qəzasında aldığı xəsarətlərdən dünən dünyasını dəyişən Hüseyn Dəryanın yas çadırı qurulub. Anspress-in məlumatına görə, bu gün dəfn ediləcək repçi ilə vidalaşmaq istəyənlər çoxdur.

Sənət yoldaşlarından Rəqsanə, prodüser Sayqa Cahid, aparıcılar Elgiz Əkbər, Sərxan Kərəmoğlu və başqa tanınmışlar artıq mərhumun evindədirlər. Gələnlərin ardı-arası kəsilmir.

Hüseyn Dəryanın yasına gələnlər arasında uzun illərdir düşmən münasibətdə olduğu Anar Nağılbazın olması hər kəsin marağına və təəccübünə səbəb olub.


----------
12:22

Yol qəzası nəticəsində dünyasını dəyişən reper Hüseyn Dərya dəfn edilir. Musavat.com-un məlumatına görə, o, Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, martın 14-də saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi "Opel Astra" markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya uğrayıb.

Milli.Az

--------
18:10

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.




Böyütmək üçün şəkillərə klikləyin.

---------
17:11



---------
15:40



--------
14:41


----------
14:17

Videonu izləmək üçün şəklə klikləyin.


Böyütmək üçün şəkillərə klikləyin.

----------
14:14



---------
13:08



---------
12:46




--------
12:36



---------
12:22



Foto: musavat.com, anspress, qafqazinfo