Mətbəx sirləri: Bakı qurabiyəsi

16 Mart 2014 07:00

Milli.Az Bakı qurabiyəsinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

600 q un
350 q kərə yağı
1 yumurtanın ağı
30 q alma və ya ərik püresi
30 q şəkər tozu
duz

Kərə yağını şəkər tozu ilə çalın, yumurta ağını və ələnmiş unu əlavə edib qarışdırın.

Xəmiri konditer torbasına qoyub quru siniyə çobanyastığı forması verən ucluqdan istifadə etməklə qurabiyələr salın. Hər birinin ortasına əvvəlcədən qızdırılmış püre qoyun.

250 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

Nuş olsun!

Resept: "Azərbaycan mətbəxinin şirin təamları", K.Bünyadov və N.Maleyev.


Milli.Az