Google Çində şifrələməyə başladı

15 Mart 2014 15:34
Google şirkəti Çində istifadəçilərin axtarış sorğularını şifrləməyə başlayıb. The Washington Post nəşri yazır ki, internet nəhəngi bu addımını rəsmi sorğuları məxfi saxlamaq istəyi ilə izah edir. Digər tərəfdən, bu addım, həmçinin ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə cavab ola bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, elektron xəbər xidməti cybersecurity.ru saytına istinadən bildirir ki, Googledan bildirilib ki, şirkət hazırda bütün mətn axtarış sorğularını başlanğıc ayar kimi şifrləyir.

"Son hadisələr şəbəkə və məlumatların güclü mühafizəsini tələb və təsdiq edir" - Googleun mətbuat katibi Nikki Kristoff deyib.

Milli.Az