Qadınlar gözəl görünmək üçün bütün vasitələrə əl atırlar. Saçlarından narazı olanlar saç qaynaq edir, dodaqlarını, üz cizgilərini bəyənməyənlər plastik cərrahiyyə, boyu kiçik olanlar isə zərərini, fəsadını düşünmədən hündürdaban çəkmələrə üstünlük verirlər.Gündəlik həyatlarında yüksəkdabanlı ayaqqabı geyinən xanımlar gün ərzində 6 km getmiş qədər ayaqlarını yükləmiş olurlar