Şir turisti hamamda parçaladı

4 Noyabr 2010 21:10
Milli.Az xəbər portalı "Zimbabwe Daily News"a istinadən bildirir ki, Zimbabvedəki Mana-Puls Milli parkının yaxınlığındakı turist düşərgəsinə şir hücum çəkib. Yırtıcı 58 yaşlı turistin çimdiyi hamam kabinəsinə girərək biçarəni parçalayıb.
Milli parkın mətbuat katibi Kerolayn Vaşayya-Moyo bildirib ki, Pit Everşed Afriaya balıq tutmağa gəlibmiş.
Onun arvadı Liz isə deyib: "Şir ərimə hücum edəndə yaxnılıqda idim. Heyvanı qova bildik, amma ərim ölmüşdü".
Zambezi çayının sahilindəki Manna-Puls parkı turistlər ovçular və balıqçılar arasında populyardır.
Ekoloqların fikrincə, şirlərin aqressiv davranışının günahkarı insanlardır. Zambezi ərazisində ov edən çoxlu brakonyerlər şirləri praktiki olaraq qida arealından məhrum etdiklərindən yırtıcılar özlərinə "alternativ" yem axtarmalı olur.

Milli.Az