800 at güclü Nissan GT-R 800 - FOTOSESSİYA

15 Mart 2014 21:37
Yapon avtomobil dərgilərindən birində premyerası gələn il gözlənilən yeni Nissan GT-R (R36) sportkarı haqqında məlumat dərc edilib.

Artıq sirr deyil ki, yeni GT-R hibrid güc qurğusu ilə təchiz ediləcək. Yapon dərgisinə əsasən həmin qurğu elektrik mühərrikindən, 3,8 litrlik V6 tvin-turbo VR38DETT mühərrikindən və Williams şirkəti ilə birgə hazırlanmış əyləc enerjisinin rekuperasiyası sistemlərindən ibarət olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Nismo idman bölməsi mühəndislərinin əməyi sayəsində bu sistem idman kupesini 800 a.g. ilə təmin edəcək. Bu isə GT-R R36 sportkarına 100 km/saat sürətlənmənin öhdəsindən cəmi 2,7 saniyə ərzində gəlməyə və 340 km/saat maksimal surət yığmağa imkan verəcək.

Gözlənilir ki, yeni Nissan GT-R qiyməti $ 120 000 - 150 000 arasında oacaq. Hazırda GT-R Nismo 600-güclü zirvə modifikasiyası $ 149 990 satılır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.