Milli.Az 4charx.com-a istinadən bildirir ki, şəkillərə əsasən 2015-ci il modeli yeni radiator barmaqlığı, başqa formalı duman əleyhinə fənərlər və yeni baş optika əldə edib. Avtomobilin arxa hissəsi də həmçinin yeni fənərlərin və yeni dizaynlı bamperin hesabına bir qədər dəyişikliyə məruz qalacaq.
Texniki içlik haqqında hələlik heç bir informasiya yoxdur. Ehtimal ki, mühərrik xətti əvvəlki qalacaq. Məhsuldarlığın və qənaətcilliyin yaxşılaşması üçün mühərriklərin köklənməsində dəyişikliklər mümkündür.
Milli.Az