"Moskva" univermağı kimindir?
14 Mart 2014 12:48
Bakı şəhəri 3-cü mikrorayon ərazisində yerləşən "Moskva" univermağında baş verən yanğından sonra ticarət mərkəzinin kimə aid olması ilə bağlı suallar yaranıb.
Kimi həmin ticarət mərkəzinin millət vəkillərindən birinə məxsus olduğunu, kimi isə yenicə işdən kənarlaşdırılan Tağı Əhmədova aid olduğunu deyir.
Modern.az-ın etibarlı mənbədən aldığı məlumata görə, hazırda yanğın baş verən ticarət mərkəzi Elmira Mədətovaya məxsusdur.
O, uzun illərdir ki, ticarət mərkəzinin rəhbəridir. "Moskva" univermağını xırda sahibkarlara icarəyə verib.
Xatırladaq ki, bu gün səhər saatlarında "Moskva" univermağında yanğın baş verib. Yanğın ticarət mərkəzinin 1-ci mərtəbəsindəki eskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakı mağazaları da əhatə edib. "Moskva" univermağının yarısı, demək olar ki, yanıb.
Milli.Az