Hürrəm Sultanın ölüm tarixi məlum oldu - FOTO

13 Mart 2014 17:24

Bir necə həftə sonra Sultanın ölümü reallaşacaq

Türkiyənin məşhur "Muhteşem yüzyıl" serialında Şahzadə Mustafa və Şahzadə Cihangirin ölümündən sonra Hürrəm Sultanın da ölüm tarixi məlum olub.

Anspress-in məlumatına görə, "Kanaltürk" kanalında verilişlərin birində filmin növbəti serialında baş verənlər barədə məlumat verilib.

Bildirilib ki, Hürrəm Sultan 7 həftə sonra 134-cü bölümdə öləcək.

Qeyd edək ki, hazırda "Muhteşem yüzyıl" serialının 127-ci bölümdədir.

Tarixi faktlara görə, Hürrəm Sultan 18 aprel 1558-ci ildə vəfat edib. O, Süleymaniyyə məscidindəki, Cənnət bağı rəsmini əks etdirən, incə İznik kirəmitindən tikilmiş türbədə dəfn olunub. Onun türbəsi Süleymanın türbəsiylə bitişikdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.