Cavanşir Məmmədov "Rolls Royce"unu ona hədiyyə etdi

13 Mart 2014 16:14
Milli.Az xəbər verir ki, əməkdar artist Cavanşir Məmmədov ötən gün "ATV" telekanalının əməkdaşı Afət Mehdiyeva ilə ailə quran müğənni Elvin Abdullayevdən danışıb. O, lent.az-a bildirib ki, bəy və gəlin restorana onun "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili ilə gəlib:

"Ötən gün Elvinin çox gözəl toy oldu. Mən də əlimdən nə gəlirdisə, etdim. Məhz həmin gün üçün şəxsi maşınımı bir günlük Elvinə hədiyyə etdim. Bu jesti etməyim səbəbsiz deyil. Elvin çox hörmət qazanmış bir oğlandır. Şəxsi avtomobilimi ona verdim ki, xoş günündə istifadə etsin. Allah onu da xoşbəxt etsin.

Mənim maşınımda şou-biznesin bir çox tanınmışları gəlin gətiriblər. Amma onların adlarını sadalamaq niyyətim yoxdur. Bundan sonra da hörmət etdiyim digər dost-tanışın toyunda maşınım lazım olsa, verəcəm. Təki xeyir iş olsun".

Qeyd edək ki, C.Məmmədov 10 HS 100 dövlət nömrə nişanlı avtomobilini 2011-ci ilin aprelində 960 000 avroya alıb.

Milli.Az