İtaliyanlar smartfon-saat buraxdılar

14 Mart 2014 20:45

İtaliyanın Exetech şirkəti 485 dollarlıq XS-3 saat-smartfon istehsal edib. Cihazın çəkisi 66 qramdır və görünüşcə böyük elektron saatı xatırladır. XS-3 cihazında sensor ekranının diaqonalı 1,54 düym, təsvir ölçüsü 240×240 nöqtə təşkil edir və 3G şəbəkəsində işləyir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən cihaz MTK 6577 ikinüvəli prosessoru və 2 QB daxili yaddaş, microSD kartları üçün slot, Bluetooth və Wi-Fi modulları, 2 meqapiksellik kamera, GPS ötürücüsü ilə təchiz edilib. Akkumulyator batareyasının həcmi 420 milliamper/saatdır. Saat-smartfonun ölçüləri 6,46 × 4,40 × 1,76 mm təşkil edir.

Exetech XS saat-smartfonu Android 4.0 əməliyyat sistemi ilə işləyir. Cihaz MP3 faylları, həmçinin 3GP/MP4 videosunu oxuyur.

Milli.Az