Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.Martın 14-ü günün ikinci yarısından başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək