"Fitch Ratings" Unibank-ın reytinqini artırıb
13 Mart 2014 12:04
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu günlərdə "Unibank" KB ASC-nin uzunmüddətli reytinqini B "stabil" səviyyəsindən B "pozitiv"ə yüksəldib,
Bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq agentlik tərəfindən "B" səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi "5" kimi göstərilib, dayanıqlıq reytinqi "b" səviyyəsində təsdiqlənib.
"Fitch" mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olmasıyla yanaşı, Unibank-ın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir. "Fitch" nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin yüksəldilməsi bankın pərakəndə və mikro-kreditləşməni sürətləndirilməsində böyük rol oynaması ilə də bağlıdır.
Xatırladaq ki, "Fitch Ratings" agentliyi Unibank-ın reytinqini yüksəldən zaman kredit portfelinin artımını, yüksələn gəlirliliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdü.
Ətraflı məlumatı 117 nömrəli telefondan əldə etmək olar.
Unibank - hər kəsin bankı