Bakı bulvarında sakinlər üçün yeni əyləncə və istirahət mərkəzi tikilir
Milli.Az xəbər verir ki, Bakı bulvarı paytaxt və həmçinin sakinləri yenilikləri ilə sevindirməyə davam edir.
Yeni bulvar istiqamətində, "Əl oyunları sarayı" ilə üzbəüz, təzə əyləncə və istirahət mərkəzi inşa olunur. Bu barədə Bulvar İdarəsinin sədr müavini Nazim Məcidov Milli.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, "Əl oyunları sarayı" ilə üzbəüz Bakının daha bir istirahət və əyləncə mərkəzi tikilir. Uzun zamandır qazıntı işləri aparılan ərazidə yaxın gələcəkdə sakinlər və paytaxtımıza gələn qonaqlar üçün gözəl istirahət məkanı olacaq.
"Tikinti özəl bir şirkət tərəfindən aparıldığına görə sizə daha ətraflı məlumat verə bilməyəcəm. Baxmayaraq ki, tikinti bulvar ərazisində aparılır, yer bulvar idarəsinə aid deyil. Yaxşı olardı ki, şirkətin özü ilə əlaqə saxlayıb daha ətraflı məlumat öyrənəsiniz", - Nazim Məcidov bildirib.