Dəməşqdəki iki min illik sirr açıldı

12 Mart 2014 15:11
2 min il ərzində alimləri heyran qoyan sirr açılıb.

Dəməşq poladı təxminən 2 min il əvvəl yaxın şərqdə yaradılsa da, 18-ci əsrin sonlarında onun hazırlanma sirri itirilib.

Çinli metallurqlar aşkar ediblər ki, Dəməşq poladından hazırlanmış qılıncların və digər əşyaların üzərindəki ağ-qara naxışların yaranmasına səbəb metalın tərkibindəki kükürd və fosfordur. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə "Çinin elm bülleteni" (Chinese Science Bulletin) məlumat yayıb.

Pekindəki dəmir və polad araşdırmaları institunun əməkdaşı Lo Hayven və yoldaşları həmin naxışların mümkün səbəbini tapıblar. Bunun üçün onlar bir neçə Dəməşq metalın qatqılarını araşdırıblar. Həmin məlumatlar kompüter modeli üçün əsas olub. Həmin metalın formalaşması prosesi təsvir olunub.

Hələ 19-cu əsrdə kimyaçılar iddia edirdilər ki, Dəməşq poladı iki poladın qarşığından yaranır. Naxışların bəyaz hissələri sementit maddəsindən formalaşır. Qara hissələr isə nisbətən yumşaq və əyilə bilən metaldan formalaşır. Bu cür qat-qat struktur Dəməşq poladına xüsusi özəllik verir. Ancaq metalın ortaya çıxması mexanizmi müzakirə mövzusu olaraq qalır.

Milli.Az