Hüseyin Dərya öldü, dirildi
12 Mart 2014 16:23
Milli.Az xəbər verir ki, ötən gün Hüseyn Dərya komaya düşməsi barədə məlumat verib. Reper Hüseyn Dərya kliniki ölüm keçirərərək morqa düşməsindən danışıb.
Publika.az-ın məlumatına görə, reper dekabr ayında zəhərlənib və həkimlər onun öldüyünü zənn ediblər: "İçkidən zəhərlənmişdim, deyəsən, dəqiq bilmirəm. Qəfildən bayılmışam. Xəstəxanada məni elektroşokla ayıltmağa çalışsalar da bu mümkün olmayıb.
Ürəyimin yatdığını görən həkimlər məni morqa atıblar. İki saat orada qalandan sonra morqu süpürən xadimə xırıltı səsi eşidib və həkimlərə xəbər verib. Ölümdən dönmüşəm".
Milli.Az