Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, martın 12-si axşam saatlarından respublikanın şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı olacağı gözlənilir. Martın 13-dən martın 14-ü gündüzədək ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.Azərbaycan ərazisində bu axşamdan gecəyə doğru güclü külək əsməyə başlayacaq