Windows Phone BlackBerry OS-ı keçdi

11 Mart 2014 20:06

ComScore şirkətinin məlumatlarına əsasən, Windows Phone (WP) əməliyyat sistemi ABŞ-da populyarlığına görə BlackBerry OS platformasını üstələyə bilib və bu, bazarda üçüncü ən populyar mobil əməliyyat sistemidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ComScore şirkətinin qiymətləndirməsinə əsasən, Android platforması Amerika bazarında 51,7 faiz bazar payı ilə liderdir. iOS platformasının payı 41,6 faiz təşkil edir.

Bununla belə, Apple şirkəti Amerika bazarında ən böyük smartfon istehsalçısı adlandırılıb, sonrakı yerlərdə Samsung və LG şirkətləri qərarlaşıb.

ComScoredən bildirilib ki, hazırda Microsoft korporasiyası Windows Phone sisteminin populyarlaşması üçün böyük səy göstərir. Bundan başqa, şirkət Finlandiyanın Nokia şirkətinin smartfon biznesini satın almaqla bunu təsdiqləyib.

Milli.Az