"Bu səhər yeməyi evdə yox, kafedə yeyək..." Ailənin başçısına belə bir təklif etmək Azərbaycanda o qədər də adi qarşılanmır. Dərhal "beşaçılan" kimi ironik cümlələr dalbadal sıraya düzülür: "Bu da təzə çıxıb? Pendir-çörək yemək üçün durub şəhərin o biri başına gedəcəm? Onlar da mənə 20 qəpiklik yumurtanı 5 manata, kilosu 4 manata olan pendirin bir dilimini elə 4 manata sırıyacaqlar... Ad da o olacaq ki, ailəlikcə səhər yeməyi yedik. Bəh-bəh..."Kənd səhər yeməyi menyüsü 12 manat, Naxçıvan qayğanağı 17 manat...