"Best Model of Turkey 2011" gözəllik müsabiqəsinin qalibi Tuğba Melis Türk "Hatasız kul olmaz" teleserialında rol alıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, model aktrisalıq karyerasında debüt edir.
"Uşaqlıqdan bəri sənətə marağım olub. Məktəbdə xor və teatr dərnəklərində idim. Sonra universitetin kimya fakültəsinə qəbul olanda fikrimdən vaz keçdim, Aydın Universitetində 5 il dram aktyorluğunu oxudum. Serialdakı rol ilk işimdir. Prodüser Osman Sınav olduğuna görə serialın uğur qazanacağına əminəm", - Tuğba Melis Türk deyib.
Milli.Az