Son zamanlar məktəb və uşaq bağçalarında suçiçəyi xəstəliyi yayılıb. Suçiçəyi "varisella zoster" adı verilən bir virus tərəfindən meydana gələn qızdırmalı infeksiya xəstəliyidir. Varisella zoster virusu havada 1-2 saat canlı qalan və çox sürətli çoxalan virusdur. Virusun yoluxuculuğu çox yüksəkdir. Adamdan-adama daha çox asqırma, öskürmə ilə havaya dağılan virus tənəffüs yolu və ya göz təması nəticəsində bulaşır. Xəstəlik dəridəki suçiçəyi səpkilərinə təmas etdikdə də bulaşır. Virus orqanizmə düşdükdə 14-16 gün içində özünü büruzə verir, yayılır.Xəstəlik əlamətləri göründüyü gündən 2 gün əvvəl və 5 gün sonrasına qədər yoluxucu mövqedə olur