Mətbəx sirləri: Ordubad bükməsi

12 Mart 2014 07:00
Milli.Az Ordubad  bükməsinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

400 q un
150 q xama
100 q kərə yağı
200 q qoz
1 st. şəkər tozu
1 x.q. bal
1 yumurtanın sarısı
0,5 ç.q. darçın
duz

Kərə yağını 15 dəqiqə çalın. Xama əlavə edib qarışdırın. Ələnmiş un qatıb xəmir yoğurun. Sonra masanın üstünə un səpin, xəmiri üstünə qoyub 5-7 dəqiqə ətləyin.

Təmizlənmiş qozu tavada azca qovurun, sonra ət maşınından keçirib şəkər tozu, bal və darçınla qarışdırın.

Xəmiri hərəsi 300 q olmaqla kündələrə bölün. Hərəsini 5 mm qalınlıqda yayın. Ortasına bərabər qaydada iç qoyub, rulet kimi bükün, qıraqlarını içinə qatlayın.

Üzərinə yumurta sarısı çəkin.

190-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!

Resept və foto: "Azərbaycan mətbəxinin şirin təamları", K.Bünyadov və N.Maleyev.

Milli.Az