İnsan üçün ən təhlükəli it cinsləri - FOTO
3 Noyabr 2010 18:35
Britaniyanın Vətəndaş Təhlükəsizliyinin Təminatı Cəmiyyəti insan həyatı üçün ən təhlükəli it cinslərinin yeni siyahısını açıqlayıb.
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, siyahıya fila-brazilyero cinsi başçılıq edir.
Mastiff, blədhaund və ingilis mastifi cinslərinin çarpazlaşdırılması nəticəsində alınmış bu cins sahibindən başqa hər kəsi potensial düşmən sayır və aqressiv olur.
İkinci yerdəki Amerika buldoqu iri vəhşi heyvana ov zamanı istifadə olunubsa da, indi mühafizə və silahlı şəxslə mübarizə üçün yararlı sayılır.
Siyahıda sonrakı yerlərdə Argentina doqu, Amerika Staffordşir teryeri, bulteryer, tosa-inu, kanne korso, ka-de-bo və pitbulteryer cinsləri var. Xatırladaq ki, Qərb ölkələrində bu it cinslərinin tam əksəriyyəti soyuq silah sayılır.
Milli.Az







