Tanış olun: Volvo Concept Estate

10 Mart 2014 19:57
Cenevrə avtoşousunda İsveç avtoistehsalçısı Volvo inanılmaz dərəcədə yaraşıqlı konseptual universal - Concept Estate nümayiş etdirdi.

Milli.Az 4charx.coma-a istinadən bildirir ki, bu konsept Concept Coupe kuzovunda universaldır və həmçinin keçən əsrin yetmişinci illərində buraxılmış 1800 ES universala ehtiram ifadə edir.

Model Volvo iki digər konsepti üçün tipik radiator barmaqlığına, T-şəkilli işıq diod gündüz hərəkət işıqları ilə fərqləndirici qabaq optikaya, həmçinin şüşə dama və 21 düymlük 5 milli yüngül lehimli eksklüziv disklərə malikdir.

Bundan başqa, konseptual universal arxa spoyler və işlənmiş qazları xaricetmə sisteminin qoşa borusu ilə öyünə bilər.

Milli.Az