Milli.Az 4charx.coma-a istinadən bildirir ki, SsangYong XLV öz sələfindən 290 millimetr uzundur, bunun sayəsində onun salonunda yeddi nəfər yaşlı insan üçün (sürücü daxil olmaqla) kifayət qədər yer var. Həm də 7-ci kreslo ikinci və üçüncü sıra arasında "sürüşə" bilir və bununla Koreya yolsuzluq avtomobilinin iri yük tutumunu təmin edir.
Modelin hərəkətinin təminatına 1,6-litrlik dizel mühərriki, 10 KVT elektrik mühərriki və yüksək tutumlu litium-ion akkumulyatorundan ibarət olan 48V hibrid sistemi cavabdehdir.
Koreya şirkəti bildirir ki, avtomobilin atmosferə SO2 tullamalarının səviyyəsi seqment üzrə orta göstəricidən 10% aşağıdır.
Milli.Az