Öz sehri, qədimiliyi ilə hər kəsi cəlb edən Qız qalasını uşaq vaxtlarımda "Sehrli xalat" filmindəki qalaya bənzədirdim. Dənizkənarı Milli Parkdan keçərkən bu qalaya baxar, öz-özümə onunla bağlı olan əfsanələrin doğru oub-olmamasını sual edərdim. Bu abidə haqqında müxtəlif versiyalar irəli sürülsə, rəvayətlər danışılsa da, onun nə zaman və hansı məqsədlərlə tikilməsi tam dəqiq məlum deyil. Bəzi alimlərin qənaətinə görə, qala hərbi təyinatlı olub və Azərbaycanın şimal sərhədlərindən - Dərbənd qalasından başlanan müdafiə-istehkam tikililəri kompleksinin (Gilgilçay müdafiə istehkamı, Çıraqqala və s.) bir hissəsidir. Lakin alimlər hələ də Qız qalasının əsl sirrini aça bilməyiblər.Restavrasiyadan sonra qalanın iç dünyası əhəmiyyətli dərəcədə zənginləşib








