Rəşad Sadıqov borcunu istəyə bilər

3 Noyabr 2010 15:34
"Kocaelispor" serbiyalı futbolçuların borcunu ödəyib. İndi isə bizi başqa çətinliklər gözləyir. Xüsusi üç futbolçunun - Sadıqov, Nsumbo və Akimanın vəkili Mehmet Aygün bizim qarşımızda borcun qaytarılması məsələsini qaldıra bilər", - deyə M.Çelik Türkiyə mətbuatına bildirib.
"Qol.az" xatırladır ki, millimizin kapitanı Rəşad Sadıqov 2008-2009-cu il mövsümündə "Kocaelispor"da çıxış edib. Futbolçunun özü verdiyi müsahibədə türk klubunun ona 100 min dollardan çox borcu olduğunu bildirib.

Milli.Az