Joze Mourinyo idman şərhçiliyinə başlayır - FOTO

7 Mart 2014 11:09
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Yahoo! portalının Yahoo! Sports idman bölməsinin analitiki olacaq.


Milli.Az bildirir ki, dünyaca məşhur çalışdırıcı Braziliyada keçiriləcək DÇ-2014-ün matçlarını şərh edəcək. Bundan başqa, Joze Mourinyo futbolun kulislərindən unikal foto və videoları da öz bloqunda bölüşəcək.


Mourinyo üçün Yahoo!-ya məxsus Tumblr bloq-hostinqdə ayrıca bloq da yaradılıb.


"Yahoo!-nun Braziliya və ABŞ-dakı bir çox istifadəçiləri üçün futbol həyat tərzidir. Analitikam və reportajlarımın bu oyunun müzakirələrinin yeni səviyyəyə yüksəlməsinə yardımçı olmasını istəyirəm", - Mourinyo deyib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.