Yahoo!-dan Google və Facebook-a yasaq

6 Mart 2014 21:14

Yahoo! internet şirkətinə məxsus xidmətlərin istifadəçiləri artıq Google və Facebook hesabları vasitəsilə onlardan istifadə edə bilməyəcəklər. Bu barədə şirkətin rəsmi nümayəndəsinin bəyanatına istinadən Röyters agentliyi yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni sistem istifadəçilərdən internet nəhənginə məxsus xidmətlərə giriş üçün Yahoo ID tələb edəcək. Şirkət öz saytlarını tədricən yeni sistemə keçirəcək. Başqa xidmətlərdə yeni identifikasiya sisteminin tətbiqi müddəti hələ ki açıqlanmır, hərçənd Yahoo! nümayəndəsi Röyters agentliyinə deyib ki, dəyişikliklər şirkətin bütün internet resurslarında tətbiq ediləcək.

2013-cü ildə Yahoo! şirkəti 1,37 milyard dollar məbləğində gəlir qazanıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 65 faiz azdır.

Milli.Az