Azərbaycanda yeni tikililərdə ödənişlər necə hesablanır?

6 Mart 2014 13:27
Day.Az saytının redaksiyasına Elnur adlı oxucu məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Mənim ikiotaqlı mənzilim var. Ümumi sahəsi 32 kvadratmetrdir. Yaşayış sahəsi isə 29 kvadratmetrdir. Burada 4 nəfər qeydiyyatdadır. Mənzil ödənişi qeydiyyatda olanların sayından asılıdır, yoxsa dəyişməz qalır?"

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı əmlak üzrə ekspert Mehman Əliyevlə əlaqə saxlayıb.

"Nazirlər Kabinetinin 2000-ci ildə verdiyi qərara əsasən, mənzil-istismar idarələrinin balansında olan evlərdə mənzil pulu hər kvadratmetrə görə 1,5 qəpikdir. Bu qiymətə kanalizasiya və məişət tullantılarının daşınması da şamil edilir. Əgər ev dövlət əmlakıdırsa (misal üçün, DİN, ARDNŞ və ya başqa dövlət qurumu), onda hər kvadrat metrə görə aylıq ödəniş 2 qəpik təşkil edir. Yeni tikililərdə ödənişlər mənzil-tikinti kooperativləri tərəfindən müəyyənləşdirilir. Bu cür ödənişlər yeni binalarda daha çox olur", - Mehman Əliyev deyib.

Milli.Az