Nəhəng asteroid planetimizin yaxınlığından keçdi - VİDEO

6 Mart 2014 11:16
Ötən gecə Yer planetinin sakinləri nadir səma hadisəsinin şahidi olublar. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, ölçülərinə görə Çelyabinsk asteroidindən üç dəfə böyük səma cismi planetimizin yaxınlığından keçib.

2014 DX110 adı verilən asteroidin ölçüləri 30 metrdən 50 metrə qədər olub. Mütəxəssislər bu asteroidi bir həftə əvvəl görüblər. Amma onun trayektoriyası müəyyənləşdirildikdən sonra məlum olub ki, dünya üçün heç bir təhlükə törətmir.

Asteroid Yerdən 350 min km aralıdan keçib. Bu isə təxminən Yerlə Ay arasında olan məsafə qədərdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.