İndi Bakıda bir dəstə qıvraq gənc peyda olub - şəhəri məhəllə-məhəllə gəzib su təmizləmə aparatı satırlar. Daha çox imkanlı adamların yaşadığı yeni binalara üz tuturlar, kooperativ rəhbərlərinin yardımı ilə mənzil sahiblərini toplayaraq camaatın şəbəkədən istifadə etdiyi suyun çox çirkli olduğunu sübut etməyə çalışırlar. Üsulları da çox sadədir - şəbəkə suyunu bir qaba doldurub içərisinə iki ədəd elektrod salırlar və cərəyan verirlər, nəticədə suyun üzərində hansısa lehməyə oxşar qat yaranır. Daha sonra şəbəkə suyunu satdıqları təmizləyici qurğudan keçirirlər və elektrodları təkrar salırlar, su olduğu kimi təmiz qalır. "Baxın, şəbəkədən sizə necə də çirkli su verirlər, bu, mütləq təmizlənməlidir",- deyə aparatlarını satmağa çalışırlar. Bu qıvraq gənclər eyni üsulla marketlərdə satılan qablaşdırılmış bulaq sularını da gözdən salırlar və anspress-in araşdırmasına görə, əksər hallarda niyyətlərinə çatırlar. "Kooperativ iclası"na gələn mənzil sahiblərinin 70 faizi evinə bu cür su təmizləmə qurğusu quraşdırmağa qərar verir. Aparatlar isə elə də ucuz deyil - qiymət 400 manatdan 1000 manata qədər dəyişir.Anspress əsasən orta imkanlı ailələri hədəf seçmiş işbazların daha bir möhtəkirliyinin üstünü açıb