Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 13 yaşlı oğlanın mini-reaktorunda iki hidrogen atomu parçalanıb və nüvə sintezi vasitəsilə helium alınıb.
Kiçik reaktor onun oxuduğu məktəbin fizika laboratoriyasında təqdim olunub.
"Penwortham Priory Academy"nin direktor müavini Cim Houriqan deyir: "Şagirdlərə fizika dərsində tapşırmışdıq ki, kiçik, işlək modellər hazırlasınlar. Dərsin sonuna yaxın Ceymi mənə yaxınlaşıb soruşdu: "Müəllim, əgər nüvə reaktoru hazırlasam və onu burada işə salsam, məktəbimiz partlamaz ki?!"
Sualı zarafat saydım və fikir vermədim. Amma indi Ceymi mənə mini-reaktoru təqdim edəndə heyrətləndim. Gördüklərimə inanmağa çətinlik çəkirdim".
13 yaşlı Ceymi Edvards dünyada ən gənc termonüvə reaktoru "müəllifi"dir.
Bundan başqa, o, nüvə sintezinə nail olmuş ən gənc şəxsdir.
2008-ci ildə ABŞ-ın Nevada ştatında 14 yaşlı məktəbli Teylor Uilson kiçik termonüvə reaktoru hazırlamışdı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.