Apple-in direktoru gedir

5 Mart 2014 21:45

ABŞ-ın Apple şirkətinin maliyyə direktoru Piter Oppenqeymer cari ilin sentyabrında təqaüdə çıxacaq. Bu haqda korporasiyanın rəsmi saytında yazılıb.

Maliyyə və korporativ nəzarət üzrə vitse-prezident vəzifəsində çalışan Luka Maestri bu vəzifəyə təyin ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Oppenqeymer 1996-cı ildə Appleda işə düzəlib, satışla məşğul olub və bundan sonra maliyyə seqmentinə rəhbərlik edib.

Apple-ın direktoru Tim Kukun sözlərinə görə, Oppenqeymerin işlədiyi müddətdə şirkətin gəliri 8-dən 171 milyard dollaradək artıb, korporasiyanın dünya bazarlarında fəaliyyəti xeyli genişlənib.

Onun biliyi, liderlik qabiliyyəti və təcrübəsi Apple şirkətinin uğurunda böyük rol oynayıb - Kuk deyib.

Milli.Az